İranda koronavirus barədə yalan məlumat yayan 24 nəfər tutuldu

DÜNYA
19:17
26 Fevral 2020
92

İran polisi koronavirus (Kovid-19) barədə bilərəkdən yalan məlumat yayanlara qarşı əməliyyat keçirib.

Sabah.az TASS-a istinadən xəbər verir ki, nəticədə 24 nəfər saxlanılıb.

Bildirilir ki, koronavirusla bağlı yalan məlumat yaymaqda şübhəli bilinən bu şəxslər məhkəmə orqanlarına təhvil veriliblər. İranın hüquq-mühafizə orqanları bu barədə araşdırmalarını davam etdirir.

Rəsmi məlumata görə, indiyə qədər İranda 139 nəfər koronavirusa yoluxub, onlardan 19-u ölüb.