Narinin ölümü ilə bağlı daha 3 nəfər saxlanıldı

DÜNYA
11:32
9 Sentyabr 2024
129

Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın cəsədi aşkar olunub.

Sabah.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, hadisə ilə bağlı saxlanılanların sayı artıb.

Ölkənin ədliyyə naziri Yılmaz Tunç saxlanılanların sayının 24-ə çatdığını bildirib.

Onun sözlərinə görə, hazırda həmin şəxslərin dindirilməsi davam edir. Bununla yanaşı, yaxın zamanlarda Narinin dəqiq ölüm səbəbinin açıqlanacağı qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl 21 nəfərin saxlanıldığı məlum idi. Onlar arasında Narinin anası, atası, qardaşı və əmisi də var.

Xəbər lenti