İki nəfər elektrik dirəyindən yıxıldı, biri öldü

XƏBƏR
17:50
30 Noyabr 2024
99

Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə ağır yaralanıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədndə qeydə alınıb.

İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti