“Hizbullah” liderinin öldüyü təsdiqləndi

DÜNYA
13:57
28 Sentyabr 2024
36

“Hizbullah” lideri Həsən Nəsrullahın sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyü rəsmi olaraq təsdiqlənib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Həsən Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, - məlumatda deyilir.

Qeyd edək ki, “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah da Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində ölüb.

Xəbər lenti