Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

DÜNYA
09:31
4 Noyabr 2024
104

Rusiya və Ukrayna arasında hazırda davam edən müharibədə daha bir azərbaycanlı həlak olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əslən Lənkəranın Separadi kəndindən olan həmyerlimiz Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiyanın Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.

Rusiya vətəndaşı olan 52 yaşlı Z.Əzimov bir neçə ay bundan əvvəl döyüşlərə qatılmışdı, ailəli idi.

Xəbər lenti