Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi də işdən çıxarıldı

DÜNYA
14:32
27 Oktyabr 2020
142

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəisi, general-mayor Ohanes Karumyan vəzifəsindən azad edilib.

Sabah.az “news.am” portalına istinadən xəbər verir ki, məlumatı Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Artur Qorqyan təsdiqləyib.

O.Karumyanın işdən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduğu vəzifədən azad edilmişdi.

Xəbər lenti