Ermənistan sərhəd qoşunlarının 37 hərbçisi öldü

DÜNYA
14:11
27 Oktyabr 2020
140

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının Dağlıq Qarabağ münaqişə zonasındakı itkiləri açıqlanıb.

Sabah.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Armen Abazyan sərhəd qoşunlarının 37 hərbi qulluquçusunun həlak olduğunu bildirib:

“Döyüşlərə Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçuları cəlb edildi. Təəssüf ki, 37 nəfər öldü, 4 nəfər itkin düşdü. Daha 243 nəfər xəsarət aldı”.

Qeyd edək ki, sərhəd qoşunlarının komandanı Vaginak Sarkisyan ötən gün vəzifəsindən azad edilib. Ölkə prezidentinin sərəncamı ilə bu vəzifəyə Arman Maralçyan təyin edilib.

Xəbər lenti