Şuşan Stepanyan öz “feyk” xəbərlərini ifşa etdi

DÜNYA
16:51
26 Oktyabr 2020
134

Ermənistan hərbi siyasi rəhbərliyinin Azərbaycana qarşı hazırladığı növbəti feyk xəbəri bu dəfə özləri ifşa edib.

Sabah.az xəbər verir ki, ötən gün öz “Facebook” səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotosunu yayan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan guya Azərbaycan Ordusunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında Suriyadan gələn terrorçular döyüşməsi barədə yaydıqları xəbərin saxta olduğunu ortaya qoyub.

Fotodan da göründüyü kimi David Tonoyanın yanında məhz Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgər əyləşib, digər bir əsgərin isə şalvarı həmin formadandır.

Beləliklə də erməni tərəfinin öz əsgərlərinə belə forma geyindirərək, guya suriyalı hərbçilərin Azərbaycanda döyüşməsinə dair yalan, feyk videolar çəkməsini bir daha təsdiqləmiş olur. Məlumat yayıldıqdan dərhal sonra erməni telegram kanalları bu xəbəri sildilər, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Şuşan Stepanyan isə xəbəri saxlasa da, məhz həmin geyimdə şəxslərin yer aldığı şəkli sildi. Bu, bir daha erməni tərəfinin özü-özünü ifşa etdiyini, şəkilləri silməklə, özlərini təmizə çıxartmaq cəhdlərini göstərir.

Xəbər lenti