İran polisindən tibbi maska əməliyyatı - Saxlanılanlar var

DÜNYA
01:32
26 Fevral 2020
120

İranın paytaxtı Tehranda polis tibbi maska işbazlarına qarşı əməliyyat keçirib.

Sabah.az xəbər verir ki, bu barədə İrna agentliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyat nəticəsində 5,5 milyondan çox gizlədilmiş tibbi maska aşkar edilib. Belə ki, bəzi şəxslər ölkədəki koronavirus təhlükəsindən istifadə edərək qanunsuz yollarla tibbi maskalar ələ keçirərək onları sonrakı günlər üçün baha satmaq niyyətində olublar. Lakin polis onların planını pozub.

Əməliyyat zamanı 3 nəfər saxlanılıb. Anti-sanitar şəraitdə tibbi maska istehsal edən 3 fabrik də bağlanıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb, ümumilikdə 95 nəfərə isə koronavirus diaqnozu qoyulub. Sözügedən virus səbəbindən də qonşu ölkədə tibbi maskalara böyük ehtiyac yaranıb.