Daha bir Avropa ölkəsində koronavirus aşkarlandı
İsveçrədə ilk dəfə koronavirusa (Kovid-19) yoluxma halı qeydə alınıb.
Sabah.az xəbər verir ki, bu barədə İsveçrə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İtaliya ilə həmsərhəd olan Tiçino əyalətində yaşayan 70 yaşlarında bir kişi sözügedən virusa yoluxub. Həmin şəxsin 10 gün əvvəl İtaliyanın Milan şəhərində olduğu deyilir.
Qeyd edək ki, gün ərzində verilən məlumatlara görə, İtaliyada koronavirusa 283 nəfərə yoluxub, onlardan 7-i ölüb. Həmçinin Avstriya və Xorvatiyada da koronavirus aşkarlanıb.
Daha çox