"Məhdudlaşma qərarı repetitor fəaliyyətinə şamil edilmir"

TƏHSİL
11:28
16 Oktyabr 2020
530

“Operativ Qərargahın qərarı repetitor fəaliyyətinə şamil edilmir”.

Sabah.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, hazırda iqtisadi fəaliyyətə təsir edən addımlar atılmayıb: “Repetitor fəaliyyəti də müvafiq qaydalara əməl edilərək davam etdirilərsə, onların fəaliyyətində hər hansı problem olmaz.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, təhsil kursları ilə bağlı bəlli tələblər var: “Kurslarda daha çox yuxarı sinfilərin şagirdləri iştirak edir. Həmin uşaqların maska taxmasına, qaydalara riayət etməsinə nəzarət etmək də daha asandır”.

Xəbər lenti

13:40 1 Dekabr 2020
17:29 30 Noyabr 2020
14:07 30 Noyabr 2020