Bu qrupda 290-dan çox bal toplayanlar ödənişsiz təhsil ala biləcək

TƏHSİL
16:10
11 Avqust 2023
781

II qrup üzrə 290 baldan yuxarı toplayan namizədlər də dövlət sifarişli yerlərə qəbul ola bilərlər.

Sabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, II qrup üzrə 200 baldan yuxarı nəticə toplayan abituriyentlərin sayı 6803, 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10911 nəfərdir.

“Ümumilikdə 13285 plan yeri ayrılıb. Bu, o deməkdir ki, düzgün ixtisas seçimi aparılsa, heç bir problem yaranmayacaq. Bu qrupda dövlət sifarişli yerlərin sayı isə 4325-dir”, - deyə o əlavə edib.

O əlavə edib ki, II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.

Xəbər lenti