Vaksin vurdurmayan tələbələr dərsə necə gedəcək?

TƏHSİL
16:10
7 Sentyabr 2021
912

“Ali təhsil müəssisələrində dərslərin bir hissəsi distant ola bilər”.

Sabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.

O bildirib ki, ali təhsil müəssisələri ilə müzakirələr davam etdirilir:

“Biz ali təhsil müəssisələrində kütləvi şəkildə, böyük sayda tələbənin iştirakı ilə dərslərin keçirilməsinin əleyhinəyik. Bununla bağlı yaxın günlərdə yekun və detallı qərar açıqlanacaq.

Peyvənd olunmayan tələbələrin distant təhsilə qatılmasının mümkün olub-olmaması ilə bağlı deyə bilərik ki, bu, həmin tələbələrin sayından asılı olaraq dəyişəcək. Əgər belə tələbələrin sayı az olarsa, onlarla fərdi söhbət aparılmalıdır. Amma biz inanırıq ki, tələbələr hər biri vaksin olunacaq”. 

Xəbər lenti