Dərslərin başlaması ilə bağlı rəsmi qərar verildi

TƏHSİL
12:49
11 Sentyabr 2021
2028

Azərbaycanda məktəblərin fəaliyyətə başlaması ilə bağlı rəsmi qərar verilib.

Sabah.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində oktyabrın 1-dən, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə sentyabrın 22-dən, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə sentyabrın 29-dan tədris və təlim-tərbiyə prosesinə başlanılır və dərslər əyani formada təşkil ediləcək.

Xəbər lenti