“Hazırda yoluxanlar prosesi daha ağır keçirir” - Xəstəxanadan reportaj
"Yay dövründə koronavirusa yoluxan xəstələrlə müqayisədə indi virusa tutulan şəxslərdə infeksiyanın daha ağır gedişatını müşahidə edirik".
Sabah.az xəbər verir ki, bunu Real TV-nin koronavirus xəstələrinin olduğu xəstaxanadan hazırladığı reportajda həkim-infeksionist Nazxanım Qasımova deyib.
Onun sözlərinə görə, xəstəliyə yoluxmanın artmasının səbəblərindən biri insanların karantin qaydalarına əməl etməməsi və ya dezinfeksiyaedici maddələrdən istifadə etməməsidirsə, digər səbəb mövsümün dəyişilməsilə əlaqədar insanların immunitetinin aşağı düşməsidir.
İntensiv terapiya şöbəsinin həkimi Polina Qurjaninditsa isə bildirib ki, xəstəxanada ağırlaşan xəstələr də, yaxşılaşma qeyd olunan xəstələr də olur. Bu xəstənin yaşından, əvvəllər evdə olunan müalicəsindən asılıdır: “Qeyd etmək istəyirəm ki, xəstələr çalışsınlar özlərini ev şəraitində müalicə etməsinlər, özəl klinikada həkimlərə müraciət etməsinlər. Birbaşa dövlət xəstəxanasına, təcili tibbi yardım vasitəsilə qospitalizasiya olunsunlar. Biz müalicəni nə qədər tez başlasaq, yaxşılaşma və sağalma şansı da artar”.
Daha çox