Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.
Sabah.az xəbər verir ki, sənəd “Resmi Gazete”də dərc edilib.
2021-ci ilin martın 31-də imzalanan sazişə əsasən, Türkiyə Azərbaycana 100 000 qutu “Favipiravir” dərmanı göndərəcək.
Bildirilir ki, tibbi materiallar təslim edildikdən sonra Azərbaycan tərəfinə aid olacaq və Azərbaycan tərəfinin tibb xidmətlərinin davam etdirilməsi işlərində istifadə olunacaq. Həmçinin vurğulanır ki, bu yardım Azərbaycan tərəfinə qarşı dostluq və xoş niyyət jesti olaraq həyata keçirilir.
Qeyd edək ki, “Favipiravir” dərmanı koronavirus infeksiyasının müalicəsində istifadə olunur.
Daha çox