“Ana südü və vaksinasiya uşaqları ölümdən qoruyan əsas faktorlardır” - Baş pediatr
“ÜST-ün məlumatına görə, ana südü və vaksinasiya uşaqları ölümdən qoruyan əsas faktorlardır”.
Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov “Uşaqların vaksinasiyası” mövzusunda çıxışında deyib.
O bildirib ki, dünyada hər il 4-5 milyon uşaq peyvənd olunduğu üçün həyatda qalır:
“Hər il 1,5-2 milyona yaxın uşaq isə peyvənd olunmadığı üçün həyatını itirir”.
Baş pediatr həmçinin uşaqlara vurulması tövsiyə olunan peyvənd haqqında danışıb. E.Rəhimovun sözlərinə görə, bu, “Pfizer” vaksinidir:
“ÜST koronavirusa qarşı 6 peyvəndi təsdiqləyib, həmin peyvəndlərdən birinin - “Pfizer” vaksininin 12 yaşdan yuxarı şəxslərə tətbiq olunmasına başlanılıb. Bu vaksin rahatlıqla uşaqlara vurula bilər.
Hazırda digər vaksinlərin uşaqlara tətbiqi ilə bağlı araşdırmalar gedir. Təxminim odur ki, yaxın zamanda 2-3 peyvəndin uşaqlara vurulması mümkün olacaq. Əgər “Pfizer” vaksini əlçatandırsa, 12 yaşdan yuxarı, xüsusən risk qrupu olan uşaqlara vurulması tövsiyə olunur”.
Daha çox