Virusdan sağalanlar mütləq ikinci doza vaksin vurdurmalıdır

SƏHİYYƏ
12:25
14 İyul 2021
1666

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vaksinasiya ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, rəsmi açıqlamada qeyd edilib ki, altı ay əvvəl xəstəliyə yoluxmuş və Səhiyyə Nazirliyi Elmi Şurasının 02 iyul 2021-ci il tarixindəki müvafiq qərarından əvvəl 1 doza vaksin vurduran şəxsin vaxtı bitmiş “İmmunitet sertifikatı”nın müddəti uzadılmır:

“02 iyul 2021-ci il tarixindən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır.

02 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar”.

Xəbər lenti