Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı

DÜNYA
16:46
13 Oktyabr 2020
342

Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

Sabah.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra “Qarabağ Azərbaycandır!” şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” banneri şəhərin mərkəzində yerləşən avtomagistraldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş olunması ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.

Xəbər lenti