Ermənilərin hücumu nəticəsində həlak olan məktəblilər...
Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb.
Nazirlikdən Sabah.az-a verilən məlumata görə, həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərovdur.
Bununla təcavüz nəticəsində ölən məktəblilərin sayı 3-ə çatıb.
Qeyd edək ki, ermənilərin Naftalan şəhərini atəşə tutması nəticəsində Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri - 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 2006-cı il təvəllüdlü Fidan Qurbanova da həlak olmuşdu.
Daha çox