Bu gün 20 şagirddə koronavirus aşkarlandı
9 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat açıqlanıb.
Nazirlikdən Sabah.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 8, işçi sayı 2 olub.
Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 20, işçi heyətinin sayı 6 nəfər təşkil edib.
Məlumatda bildirilib ki, 1 sinif əyani təhsilə, 7 sinif isə distant təhsilə keçirilib.
Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 36, məktəblərin sayı isə 2-dir.
Daha çox