"Döyüş Ermənistan ərazisində aparılmır" - Putin

DÜNYA
13:15
7 Oktyabr 2020
445

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəzi zonasıdakı vəziyyəti şərh edib.

Sabah.az “Rossiya 24”ə istinadən xəbər verir ki, Rusiya prezidenti Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahat olduğunu bildirib:

“Biz çox narahatıq. Ona görə ki, həm Azərbaycan, həm Ermənistan, Dağlıq Qarabağ - bütün bu ərazilər, haradakı bizə yad olmayan insanlar yaşayır. Bizim hesablamalarımıza görə, Rusiyada 2 milyona yaxın azərbaycanlı, 2 milyondan çox erməni yaşayır. Vətəndaşlarımızın əksəriyyəti hər iki respublika ilə dost və hətta qohumluq əlaqələri saxlayırlar.

İnsanların ölümü, itkinin artması böyük faciədir".

Putin ən yaxın zamanda bu münaqişənin bitəcəyinə ümid etdiyini qeyd edib: "Əgər bu münaqişə tamam bitməsə, görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır.

Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin döyüşlər, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır".

Xəbər lenti