Ermənistan daha 54 hərbçisinin öldüyünü açıqladı

DÜNYA
10:36
2 Oktyabr 2020
207

Ermənistan tərəfi hərbi itkilərini açıqlamaqda davam edir.

Sabah.az xəbər verir ki, qondarma “Dağlıq Qarabağ”ın Müdafiə Ordusu Komandirinin müavini Artur Sarkisyan erməni KİV-nə açıqlamasında bildirib ki, daha 54 hərbçi itiriblər.

O, çoxlu yaralıların olduğunu və sayları barədə məlumat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, işğalçı Ermənistan bununla da sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda 158 hərbçisinin həlak olduğunu etiraf edib.

Xəbər lenti