“Ermənistan işğal etdiyi ərazilərdən çıxmadan, atəşkəsin mənası yoxdur ” - Çavuşoğlu

DÜNYA
09:49
2 Oktyabr 2020
171

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

Sabah.az xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı hərbi əməliyyatları müzakirə ediblər.

Çavuşoğlu Ermənistan – Azərbaycan münaqişəsində daimi həll olmadıqca atəşkəsin heç bir əhəmiyyət daşımayacağını bildirib:

“Atəşkəs bu gün əldə olunsa belə, işğal edilmiş ərazilər boşaldılmasa, münaqişə sabah yenidən başlaya bilər”.

Xəbər lenti