“Qarabağın işğalına kar, kor və lal qalanların bugünkü davranışı ikiüzlülükdür” - Ərdoğan

DÜNYA
16:30
1 Oktyabr 2020
356

“Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini qorumaq mübarizəsində onların yanlarında olacağıq”.

Sabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib.

Bununla yanaşı Ərdoğan münaqişənin həllində vasitəçi kimi iştirak edən ölkələri problemə biganə yanaşmaqda təqsirləndirib: “Xüsusilə Minsk Qrupu adlandırılan ABŞ, Rusiya və Fransanın 30 ilə yaxındır bu problemə biganə yanaşdıqları üçün baş verən bu negativ hadisələr qarşısında atəşkəsə çağırmaları qəbuledilməzdir. Əgər bir şey istəyirlərsə, işğalçıların burdan çıxmaları lazımdır ki, bir həllə nail olunsun. Azəri qardaşlarımız hazırda torpaqlarına qayıdacaqları günü gözləyirlər, onun həsrəti içindədirlər, buna heç kim fikir vermir. Bunları biz Putinlə müzakirə etdik, Makronla da müzakirə etdik. Həmişə oturdular, danışdılar, ancaq nəticə olmadı. İndi isə nəticə zamanıdır. Və azərbaycanlı qardaşlarımız da öz işlərini özləri həll etmək üçün addımlarını atdılar. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına və törətdikləri mülki qətliamlara qarşı, lal, kar və kor qalanların bu gün göstərdikləri mövqe ikiüzlülükdür”.

Xəbər lenti