Bu ərəb ölkəsində də koronavirus aşkarlandı

DÜNYA
19:16
24 Fevral 2020
121

Daha bir ərəb ölkəsində koronavirus aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu, Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Oman Sultanlığıdır.

Oman Səhiyyə Nazirliyi İrana səfər etmiş iki vətəndaşında koronavirus aşkarlandığını açıqlayıb. Bu səbəbdən də sözügedən ölkə İrana uçuşları dayandırıb.

Qeyd edək ki, bundan əvvəl Bəhreyn və Küveytdə də koronovirusa ilk yoluxma faktı qeydə alınıb.

Xəbər lenti