Qonşu ölkələrin statistikasında rekord artım

DÜNYA
17:21
26 Sentyabr 2020
141

Rusiyada son sutka ərzində daha 7 563 nəfərdə COVID-19 aşkarlanıb ki, bu da ölkə üzrə iyun ayından bu günə qədər qeydə alınan ən yüksək göstəricidir.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib.

Bildirilib ki, son statistikaya görə, ölkədə yoluxanların ümumi sayı 927 min 745 nəfər təşkil edir. Ötən gün ərzində virus səbəbindən daha 169 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 20 min 225-ə çatıb. Ümumilikdə 940 min 150 pasiyent sağalaraq evinə buraxılıb.

Gürcüstanda son sutka ərzində gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

Belə ki, 24 saat ərzində qeydə alınan yoluxma sayı 296 nəfərdir. Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Ölkə üzrə ümumi yoluxma 4 960 nəfər təşkil edir. Sutka ərzində 1 ölüm faktı qeydə alınıb. Ümumilikdə koronovirus səbəbindən 28 nəfər həyatını itirib, 1 819 nəfər isə sağalaraq evinə buraxılıb.

İranda son 24 saat ərzində daha 172 nəfər koronavirus səbəbindən həyatını itirib.

Son sutka ərzində ölkə üzrə 3 204 nəfərdə virus aşkarlanıb.

Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 25 min 394 nəfərə, yoluxanların sayı isə 443 min 086 nəfərə çatıb.

Ermənistanda sutka ərzində daha 429 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 49 min 072-ə çatıb.

Virus səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 948-ə çatıb.

Xəbər lenti