Bu gün 19 şagird koronavirusa yoluxdu

TƏHSİL
15:19
24 Sentyabr 2020
281

Təhsil Nazirliyi təhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Sabah.az xəbər verir ki, bu gün 19 şagird koronavirusa yoluxub.

Hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı isə 2 nəfərdir. Həmçinin virusa 3 işçi yoluxub. Təhsil Nazirliyinin açıqlamasına görə, virusa yoluxma səbəbindən 3 sinif distant təhsilə keçirilib.

Xəbər lenti