Lukaşenko gizli andiçmə mərasimi keçirdi

DÜNYA
13:44
23 Sentyabr 2020
77

Aleksandr Lukaşenkonun gizli andiçmə mərasimi keçirilib.

Sabah.az "BelTa" agentliyinə istinadən xəbər verir ki, andiçmə mərasimi “Müstəqillik sarayı”nda baş tutub.

Andiçmə mərasimi qapalı keçirilib. Mərasimdən sonra Lukaşenko 6-cı dəfə prezident səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, A.Lukaşenko 80% səs çoxluğu ilə qalib gəlib.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçkinin nəticələri ilə bağlı etirazlar keçirilib. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya isə təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb.

Xəbər lenti