Gürcüstanda 200-dən çox yeni yoluxma - Qonşu ölkələrin statistikası

DÜNYA
11:30
22 Sentyabr 2020
65

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

Sabah.az “StopCov”-a istinadən xəbər verir ki, son 24 saatda 218 nəfərdə virus aşkarlanıb. Bununla da ölkədə yoluxanların sayı 3 913-ə çatıb.

Ümumilikdə Gürcüstanda koronavirusdan 22 nəfər vəfat edib. 1 574 pasiyent sağalaraq evə buraxılıb.

Rusiyada isə son bir gündə 6 215 yeni yoluxma faktı qeydə alınıb.

Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 160 pasiyent ölüb. Bununla da ölkədə virusdan ölənlərin sayı 19 min 649-a yüksəlib. Ümumilikdə sağalanların sayı isə 917 min 949 nəfər təşkil edir.

Ermənistanda daha 115 nəfərdə koronovirus aşkarlanıb.

24 saat ərzində 2 nəfərin vəfat etməsilə ölkə üzrə ölüm sayı 938-ə çatıb.

Ümumilikdə 47 min 667 yoluxma faktı qeydə alınıb. 

Xəbər lenti