Bu məktəbdə tədris dayandırıldı - 8 müəllim yoluxdu

TƏHSİL
21:40
21 Sentyabr 2020
1280

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Sabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən verilən məlumatda bildirilir.

Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Xəbər lenti