Gürcüstan və İranda koronavirusla bağlı rekord artım

DÜNYA
12:45
19 Sentyabr 2020
307

Gürcüstanda son sutka ərzində koronavirusa yoluxmada rekord yaşanıb.

Sabah.az xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Məlumata görə, son 24 saatda 187 nəfərdə COVID-19 aşkarlanıb, 46 pasiyent sağalaraq evə buraxılıb.

Bununla da Gürcüstanda koronavirusa yoluxma halı 3 306-ya çatıb. Ümumən sağalanların sayı isə 1 481-dir. Ölkədə xəstəlikdən 19 nəfər vəfat edib.

İranın Şərqi Azərbaycan vilayətində xəstəxanalara yerləşdirilən koronavirus xəstələrinin sayı gündəlik 40 nəfərdən 160-ə qədər yüksəlib.

Yoluxmanın belə kəskin artması nəticəsində ölkənin Səhiyyə nazirinin müavini İrəc Herirçi ölkədə koronavirusla bağlı həyəcan təbili çalıb. Onun sözlərinə görə, koronavirusun yayılma tendensiyası son iki həftə ərzində bütün ölkə üzrə artmaqda davam edib, bir sıra vilayətlərdə isə ikiqat artım müşahidə olunur. Bildirib ki, belə davam edərsə, ölkədə virusdan ölənlərin sayı 45 minə çatacaq:

“İranın bəzi şəhərlərində koronavirusun yayılması partlayış həddindədir. Təbrizdə bir gündə yoluxanların sayı 40 nəfər idisə, bu gün bu rəqəm 160-a yüksəlib. Qumda isə say 10-dan 160 nəfərə qalxıb”.

Xəbər lenti