Türkiyədə koronavirusla bağlı son statistika

DÜNYA
21:24
17 Sentyabr 2020
119

Türkiyədə son sutka ərzində koronavirusdan 66 nəfər ölüb.

Sabah.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, son 24 saatda 109 min 985 şübhəli koronavirus testindən keçib, onlardan 1648-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1 372 nəfər olub, 1 143 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 298 min 039 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 263 min 745 nəfər sağalıb, 7315 nəfər ölüb.

Xəbər lenti