Yaponiyanın yeni Baş naziri seçildi

DÜNYA
09:40
16 Sentyabr 2020
77

Yoşihide Suqa rəsmi olaraq Yaponiyanın yeni Baş naziri seçilib.

Sabah.az "TASS"a istinadan xəbər verir ki, onun namizədliyi ölkə konstitusiyasına uyğun olaraq parlamentin hökumət başçısı seçkilərində son söz sahibi olan aşağı palatasındakı deputatların əksəriyyəti tərəfindən dəstəklənib. Səsvermə qanunverici orqanın rəsmi internet saytında canlı yayımlanıb.

Səsvermədə iştirak edən 462 nəfərdən 314-ü hakim Liberal Demokratik Partiyasının prezidenti Y.Suqaya səs verib. O yaxın saatlarda öz kabinetinin tərkibini elan etməlidir.

Qeyd edək ki, Yaponiyanın sabiq baş naziri Sindzo Abe səhhətində yaranan problemlər səbəbindən vəzifəsindən ayrılaraq təmsil etdiyi hökumət tam tərkiblə istefaya gedib.

Yoşihide Suqa əvvəl Baş nazir Şindzo Abenin Baş Katibi vəzifəsində çalışıb. Y.Suqi Yaponiyanın 99-cu Baş naziridir.

Xəbər lenti