Gürcüstanda yoluxma sayında rekord artım

DÜNYA
10:57
12 Sentyabr 2020
145

Gürcüstanda son sutka ərzində COVID-19-a yoluxanların sayı 158 nəfər artıb. 

Sabah.az xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Bununla da ölkə üzrə yoluxanların sayı 2075 nəfərə çatıb. Bu, Gürcüstanda virusa yoluxmanın qeydə alındığı 26 fevral tarixindən etibarən qeydə alınan ən yüksək sutkalıq yoluxma göstəricisidir.

Ümumilikdə ölkədə 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1363 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Gürcüstanda son günlər yoluxma statistikasında artımın müşahidə olunması nəticəsində ölkədə 10 sentyabrdan etibarən toy, şənlik və dini mərasimlərə qadağa qoyulması ilə yanaşı bir sıra məhdudiyyətlər tətbiq edilir.

Xəbər lenti