Ermənistanda gələn ilin yanvarınadək karantin elan olundu

DÜNYA
18:58
11 Sentyabr 2020
86

Ermənistanda 2021-ci il yanvarın 11-dək karantin tətbiq olunacaq.

Sabah.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda bildirilib ki, dünyadakı gərgin epidemiya vəziyyətini, eləcə də Ermənistanda koronavirus infeksiyasının geniş yayılmasını nəzərə alaraq, Ermənistan hökuməti 11 sentyabr - 11 yanvar 2021-ci il tarixlərində bütün ölkə ərazisində karantin rejimi tətbiq etmək qərarına gəlib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 45 503 nəfərdir. Virus respublika əhalisinin, təxminən 1,4%-də aşkar edilin. İnfeksiyanın yayılma piki iyunun 7-də müşahidə olunub. Həmin gün 766 yoluxma faktı qeydə alınıb.

Xəbər lenti