Məktəb daxilində hazırlığa icazə veriləcək?

TƏHSİL
16:47
11 Sentyabr 2020
353

“Məktəb daxilində hazırlıq keçirilməsinə icazə verilməyəcək. Məqsəd epidemioloji vəziyyəti nəzərdə saxlamaqdır. Çünki əlavə şagird gəlməsi sıxlığa səbəb ola bilər”.

Sabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, valideynlər övladları üçün əlavə müəllim tutmaq istəyirsə bu, onların şəxsi işidir: “Amma bunu məktəbdaxilində etmək qəbuledilməzdir”.

Xəbər lenti