Müəllimlər bu halda koronavirus testi verəcək
“Bütün ümumtəhsil məktəblərinə hərarət ölçmək üçün cihazlar alınıb, artıq onların paylanması prosesi gedir. Məktəblər həm temperatur ölçmə cihazları, həm də dezinfektantlarla təmin olunacaq.
Sabah.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.
R. Ağayev həmçinin bildirib ki, məktəblərdə müəllimlərin COVID-19 testindən keçirilməsi onlarda hansısa simptom aşkar olunarsa keçiriləcək. Bura hərarət, iybilmənin itməsi, öskürək və sair əlamətlər daxildir.
Daha çox