Nazirlik yeni dərs ili üçün nümunəvi cədvəlləri açıqladı

TƏHSİL
18:36
10 Sentyabr 2020
304

Təhsil Nazirliyi yeni dərs ili üçün nümunəvi cədvəlləri təqdim edib.

Sabah.az xəbər verir ki, hibrid tədris üçün dərs cədvəli nümunələri 4 müxtəlif  situasiyanı əhatə edir:

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

Bu nümunədən istifadə etməklə müəllimlər məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərlər. Nəzərə almaq lazımdır ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.

Dərs cədvəlini həm də teledərslərin cədvəlinə uyğunlaşdırmaq tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş”  televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır. 

Xəbər lenti