“280-dən çox bal toplayanlar dövlət sifarişi ilə oxuya bilərlər” - Məleykə Abbaszadə

TƏHSİL
15:37
10 Sentyabr 2020
261

“Bu il II qrupa 2000-dən az adam sənəd verib. Həmçinin həmin qrupa yeni ixtisaslar verilib”.

Sabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II qrup abituriyentləri ilə bağlı keçirdiyi canlı yayımda deyib.

O qeyd edib ki, bu gündən artıq ixtisas seçimi başlayır: “Bizim istədiyimiz budur ki, hər bir abituriyent özünə uyğun ixtisası seçə bilsin. Bu il II qrupa ötən illə müqayisədə təxminən 2000 nəfər az sənəd verib, amma plan yerləri də təxminən 2 faiz azalıb. Bu il II qrup müsabiqə baxımından ən rahat qrupdur. Abituriyentlər seçimi düzgün etsələr, hamısı universitetə daxil ola biləcək.

Bundan əlavə, 280 baldan yuxarı bal toplayanlar düzgün seçim etsələr, dövlət sifarişi ilə oxuya bilərlər”.

Xəbər lenti