"Dünya növbəti pandemiyaya hazır olmalıdır" - ÜST

DÜNYA
19:24
7 Sentyabr 2020
276

Yeni növ koronavirus (COVID-19) pandemiyası sonuncu deyil, buna görə dünya yeni bir pandemiyaya öncədən hazırlaşmalıdır.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus deyib.

"Bu, son pandemiya deyil. Tarix bizə xəstəliklərin tüğyan etməsi və pandemiyaların əslində həyatın bir parçası olduğunu öyrədir. Növbəti pandemiya gələndə dünya bu dəfə buna daha yaxşı dərəcədə hazır olmalıdır", - deyə ÜST rəhbəri bildirib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 27,19 milyona çatıb, 888 326 nəfər isə dünyasını dəyişib.

 

Xəbər lenti