Türkiyəyə səyahət edənlərin nəzərinə!

TURİZM
12:22
7 Sentyabr 2020
212

“Azərbaycan Hava Yolları” QSC Türkiyəyə səyahət edən sərnişinlərə müraciət edib.

Sabah.az xəbər verir ki, AZAL-ın müraciətində bildirilir ki, Türkiyəyə giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır.

“Xüsusi reyslərimiz ilə İstanbul şəhərinə səyahət edərkən, pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunur.

Xəbər lenti