Rusiyanın bir neçə şəhərindən Azərbaycana uçuşlar dayandırıldı

TURİZM
15:59
25 Mart 2021
275

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) Rusiyanın 5 şəhərindən Azərbaycana uçuşlar üçün icazəni ləğv edib.

Sabah.az xəbər verir ki, bu barədə qurum rəsmi saytında məlumat yayıb.

Qeyd olunub ki, martın 23-də keçirilən iclasdan sonra Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar üçün "İjavia" aviaşirkətinə verilmiş icazənin ləğvi barədə qərar qəbul edib. Qərarın hava nəqliyyatı şirkətinin ərizəsi əsasında verildiyi bildirilib. İcazəsi ləğv olunan aviareyslər bunlardır: Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı.

Bundan əlavə, agentlik, "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı reysinə olan icazəni də ləğv edib.

Xəbər lenti