Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı rəsmi Ankaradan - Açıqlama

TURİZM
12:55
29 Mart 2021
273

10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, sözügedən protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Beləliklə, iki ölkə vətəndaşları, Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər.

“1 aprel 2021-ci il tarixindən etibarən can Azərbaycan ilə həyata keçiriləcək yeni tənzimləmə ölkələrimiz arasında “iki dövlət, bir millət” ifadəsində ifadə olunan möhkəm qardaşlıq bağlarını daha da gücləndirəcəkdir”,- deyə Türkiyə XİN-in açıqlamasında qeyd olunub.

Xəbər lenti