Qonşu ölkələrin koronavirusla bağlı statistikası

DÜNYA
15:41
5 Sentyabr 2020
485

Rusiyada son sutka ərzində 5 205 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Sabah.az xəbər verir ki, ölkənin operativ qərargahından verilən məlumata görə, yeni yoluxmalar Rusiyanın 84 bölgəsində qeydə alınıb.

Son 24 saat ərzində ölkədə 5 379 nəfər xəstəxanadan buraxılıb. Hazırda müalicə olunanların ümumi sayı 838 126 nəfərə çatıb.

Ötən sutka ərzində Gürcüstanda 25 nəfərə koronavirus diaqnozu qoyulub, 8 pasiyent sağalıb. Ümumilikdə virusa 1 621 nəfər yoluxub, 1 302-nəfər sağalıb, 19 pasiyent vəfat edib.

Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi ölkədə son sutkada 188 nəfərdə koronavirus aşkarlandığını bildirib. Artıq Ermənistanda virusa yoluxanların sayı 44 649 nəfərdir.

24 saat ərzində koronavirusdan daha 4 pasiyent vəfat edib. Bununla da Ermənistanda ölüm halı 895-ə çatıb.

İranda isə virusdan ölənlərin sayı 110 nəfər artaraq 22 min 154-ə çatıb. Ümumilikdə yoluxanların sayı 384 min 666 nəfər, sağalanların sayı 332 min 131 pasiyent təşkil edir.

Xəbər lenti