Binəli Yıldırım və xanımında koronavirus aşkarlandı

DÜNYA
15:59
3 Sentyabr 2020
383

Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırımın koronavirus test nəticələri pozitiv çıxıb.

Sabah.az xəbər verir ki, o, bu barədə öz tvitter hesabında məlumat verib.

“Bu səhər narahatlığımız səbəbindən Semiha xanımla Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Müayinələr nəticəsində COVID-19 testimizin nəticəsi pozitiv oldu”,- deyə B.Yıldırım qeyd edib.

Türkiyəli siyasətçi müalicələrini evdə davam edəcəklərini bildirib.