"Ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcək"
“Dünyada yoluxma səviyyəsi artır, Azərbaycanda isə durum bizi sevindirir”.
Sabah.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bu gün keçirilən brifinqdə deyib.
A.Qurbanov deyib ki, bu, bizi arxayınlaşdırmamalıdır: “Yumşalmalar mərhələli həyata keçirilir, çünki əks halda risklər artar. Xüsusən virusdan qorunma tədbirləri diqqət mərkəzində saxlanılmalıdır. Karantin tədbirləri yumşaldıqca sosial məsafə, maska və gigiyenik təmizliyə diqqət daha artmalıdır. Payız və qış aylarında qrip və digər respirator xəstəliklərin artması gözlənilir. Qorunma tədbirləri bizi qrip və digər respirator xəstəliklərdən də qoruya bilər".
TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri qeyd edib ki, dövlət səviyyəsində mövsümi qrip vaksinlərinin alınması ilə bağlı iş gedir: “Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək. Çünki qriplə bərabər koronavirusa yoluxma daha çox ağırlaşmalara gətirib çıxara bilər”.
Daha çox