Şinzo Abe istefa verdi

DÜNYA
13:17
28 Avqust 2020
860

Yaponiyanın Baş naziri Şinzo Abe rəsmi şəkildə istefasını elan edib.

Sabah.az xəbər verir ki, Baş nazir bu barədə bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

"Siyasətçi səhhətinin stabil vəziyyətdə olmaması səbəbi ilə səhv buraxa bilməz. Mən öz məsuliyyətimi bilirəm və yeni Baş nazir təsdiqlənənə qədər vəzifəmi icra edəcəyəm", - deyə Abe bildirib.

Qeyd edək ki, Şinzo Abe 2012-ci ildən Baş nazir postundadır. O, ölkənin ən uzun müddət xidmət edən Baş naziridir.

Ş.Abe kəskin xoralı kolitdən əziyyət çəkir. İlk dəfə 2006-cı ildə 52 yaşında Baş nazir olub, lakin bu xəstəliyə görə bir il sonra postundan gedib. 2012-də yenidən Baş nazir vəzifəsini tutub. Lakin bu dəfə də eyni xəstəlik səbəbindən istefa vermək məcburiyyətində qalıb.

Xəbər lenti