Putin koronavirusa qarşı peyvənd olunan qızından danışdı

DÜNYA
12:00
28 Avqust 2020
783

Rusiya Prezidenti Vladimir Putin koronavirus peyvəndinin sınağında iştirak edən qızının səhhətinin yaxşı olduğunu bildirib.

Sabah.az xəbər verir ki, Putin bu barədə “Rossiya 1” telekanalına müsahibə verərkən açıqlayıb.

Rusiya Prezidenti peyvənd sınaqlarında iştirak edən qızının onunla məsləhətləşmədiyini və qərarı müstəqil şəkildə verdiyini vurğulayıb: “O, yetkin bir şəxsdir. Mənə sadəcə bu qərarı verdiyini bildirdi”.

O bildirib ki, peyvənd vurulduqdan sonra ilk gün qızında 38,4 və ikinci gün isə 37-dən bir az çox bədən tempraturu qeydə alınıb: “Və 21 gün sonra ikinci peyvənd vurulanda, temperaturda yenə bir az artım oldu, ancaq hər şey qaydasındadır. Mən onunla sadəcə telefonda danışıram. Tanrıya şükür, qızım özünü yaxşı hiss edir”.

Həmçinin Putin, Rusiyada birdən çox peyvəndin hazırlandığını və digər vaksinin təxminən bu ilin sentyabrında ortaya çıxacağını açıqlayıb. O, bu iki peyvəndin bir-biri ilə rəqabət etməsini təklif etdiyini də bildirib: "Çünki təhlükəsizlik və effektivlik baxımından onlar bir-birindən aşağı olmamalıdır."

Xəbər lenti