Yaponiyanın Baş naziri istefa vermək istəyir - Yenilənib

DÜNYA
10:23
28 Avqust 2020
615

Yaponiyanın Baş Naziri Şinzo Abe vəzifəsindən istefa verməyə hazırlaşır.

Sabah.az xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb. Baş nazirin səhhətində yaranan problemlərlə əlaqədar postundan gedəcəyi bildirilib.

Abenin bu gün keçirəcəyi mətbuat konfransında istefasını elan edəcəyi gözlənilir.

***

Yaponiyanın "Kiodo" agentliyinin Baş Nazirə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Liberal Demokrat Partiyasının nümayəndələri ilə görüşdə Şinzo Abe əziyyət çəkdiyi xoralı kolit xəstəliyinin kəskinləşməsi səbəbindən  müalicəyə ehtiyac duyduğunu açıqlayıb. "Xoralı kolit yenidən kəskinləşib. Müalicəni bir müddət davam etdirmək lazımdır. Xəstəliyə görə düzgün qərarlar verə bilməyəcəyəm. Bu qərarı verdim, çünki son dövrümdəki kimi anidən istefa verə bilməzdim", -deyə agentlik Baş Nazirin sözlərini sitat gətirib.

Qeyd edək ki, daha əvvəl 2007-ci ildə də Şinzo Abe Baş Nazir seçildikdən sonra eyni xəstəlik səbəbilə istefa vermişdi.

Xəbər lenti